Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub

Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub

Futbol üzrə Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub. Son oyun günündə 2 matç reallaşıb. Hər 2 görüş sülhlə başa çatıb. Auqsburq evdə Ayntraxt Frankfurtla heç-heçə edib. Hissənin ortalarında Daiçi Kamada qartalları önə çıxarıb. Meydan sahibləri fasilə ərəfəsində məğlubiyyətdən qaçıblar. Yaxın küncü dəqiq nişan alan Mixael Qreqoriç komandasının dadına çatıb. Auqsburq 1, Ayntraxt Frankfurt 1.

Autsayderlərin duelində isə Arminia Bilefelddə Qroyter Fürtün müqavimətini qıra bilməyib. Oyuna daha fəal başlayan meydan sahibləri 8-ci dəqiqədə Masaya Okuqava ilə bunun bəhrəsini görüblər, 1-0. Qonaqlar 35-ci dəqiqədə Ceymi Leveninqlə status-kvonu bərpa ediblər, 1-1. Fürtlülər yarım saat sonra Haavard Nilsenlə hesabı xeyirlərinə də dəyişiblər, 2-1. Amma hamılıqla irəli atılan bilefeldlilər sona 6 dəqiqə qalmış Qonzalo Kastro ilə atəşkəsi bərpa ediblər. Arminia Bilefeld 2, Qroyter Fürt 2.

REAL

Digər xəbərlər
Bu gün
Dünən