Fransa sanitar böhranla mübarizədə yeni vaksin keçidlərini tətbiq edəcək

Fransa sanitar böhranla mübarizədə yeni vaksin keçidlərini tətbiq edəcək

Fransa Senatı (parlamentin yuxarı palatası) ölkədə muzeylərə, teatrlara, restoranlara və digər ictimai yerlərdə peyvənd keçidinin tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Bu barədə Senatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"249 senator sanitar böhranla mübarizə tədbirlərinin gücləndirilməsinə dair qanun layihəsinin lehinə səs verib, lakin bəzi dəyişikliklərlə 63 deputat sənədin əleyhinə çıxıb", - deyə məlumatda deyilir.
"Sənəd sağlamlıq böhranının aradan qaldırılması üçün mövcud tədbirləri gücləndirmək məqsədi daşıyır, xüsusən də sanitar keçidin peyvənd sertifikatları ilə əvəz edilməsi və saxta sanitariya keçidlərinə qarşı mübarizənin gücləndirilməsidir" deyə Senatın press-relizində qeyd olunub.

Parlamentarilər həmçinin sanitar vəziyyətin ciddi şəkildə pisləşməsi ilə əlaqədar Reunion adasında fövqəladə vəziyyətin 2022-ci il martın 31-dək uzadılmasını istəyiblər.

Yanvarın 6-da bu qanun layihəsi Fransa Milli Assambleyasının dəstəyini aldı. Əvvəlcə hakimiyyət bu layihəni yanvarın 15-dək qəbul etməyi planlaşdırırdı.

Fransa hökumətinin sözçüsü Qabriel Attal bildirib ki, "kabinet qanun layihəsinin gələn həftənin əvvəlindən gec olmayaraq qüvvəyə minməsini gözləyir.

Senatda səsvermədən sonra, Fransa parlamentarilərinin qeyd etdiyi kimi, növbəti mərhələ Milli Assambleyanın yeddi deputatından və yeddi senatordan ibarət xüsusi birgə komitənin iclası zamanı qanun layihəsinə baxılması olacaq. Komitə müsbət qiymət verərsə, o zaman qanun layihəsi parlamentin iki palatasının yekun səsverməsinə çıxarılacaq. Əgər komitə sənədi rədd edərsə, o zaman parlamentdə yeni müzakirələr aparılacaq.

Qanunun qüvvəyə minməsi üçün sənədi Fransa prezidenti imzalamalıdır.

Fransada hazırda qüvvədə olan sanitar buraxılışların peyvəndlə əvəz edilməsi barədə qərar ötən ilin sonunda qəbul edilib.

Qanun layihəsinə əsasən, muzeylərə, teatrlara, kafelərə, restoranlara giriş və uzun məsafələrə səyahət zamanı peyvənd sertifkatı tələb olunacaq.

Mövcud sağlamlıq kartından fərqli olaraq, peyvənd setikatı, yalnız Aİ tərəfindən təsdiqlənmiş vaksinlərlər peyvənd olunanlara veriləcək.

Fransa hazırda pandemiyanın beşinci dalğasını yaşayır. Yanvarın 11-də ölkədə koronavirusa yoluxma üzrə yeni rekord - 360 mindən çox yeni yoluxma qeydə alınıb.

67 milyon əhalisi olan ölkədə təxminən 52 milyon insan peyvəndin tam kursunu başa vurub, 28,8 milyondan çox fransız isə gücləndirici doza qəbul edib.

Fransada epidemiya başlayandan bəri 125 mindən çox insan koronavirusun nəticələrindən dünyasını dəyişib.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər