Ödənişli yollarda tarif necə müəyyən olunacaq? (VİDEO)

Ödənişli yollarda tarif necə müəyyən olunacaq? (VİDEO)
Məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edilib

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə rəisinin müavini Hidayət Rüstəmov Real TV-yə ölkəmizdə yol infrastrukturunun hazırkı vəziyyəti və nəzərdə tutulan ödənişli yolların tikintisi barədə açıqlama verib.

O, bildirib ki, ödənişli yollar sisteminin həyata keçirilməsində məqsəd, dövlətin yol təsərrüfatına ayırdığı vəsaitin yükünü azaltmaqdır.

“Yəni dövlət qurumu, öz vəsaiti hesabına müəyyən təlabatını ödəyə biləcək. İkinci səbəb isə sürücülərin daha rahat və qısa müddətə mənzil başına çatmasıdır. Eyni zamanda müasir yol şəbəkəsi yaratmaqdır. Hesab edirik ki, belə yollardan biri Ələt-Astara-İran sərhəddi yoludur. Məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişik. Ödənişli yolların işə düşməsi üçün hökumət qərar verməlidir”, - deyə Hidayət Rüstəmov bildirib.

Bu yollarada ödəniş tarifi necə müəyyən olunacaq, ödəniş qaydaları hansı formada olacaq? 

Qurum rəsmisi bu və digər suallara aydınlıq gətirib. Müsahibəyə ətraflı olaraq videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə