Sakitləşdirməyən “Valeri”an - VİDEO

Sakitləşdirməyən “Valeri”an - VİDEO
Pekres Azərbaycanla yanaşı Fransa qanunlarına da zidd gedir

Qozbeli qəbir düzəldər. Dünyanın ən məşhur qozbeli Kvazimodo olduğu üçün fransızlara bu məsəl yad olmamalıdır. Fransa prezidentliyinə namizəd Valeri Pekresin niyyət qozbelliyi isə yalnız qanunlarla düzələ bilər.

Qaranlıq keçmişə malik Valerinin Xankəndiyə səfəri Azərbaycanla yanaşı Fransanın da qanunlarına ziddir. Pekres Xankəndinə atdığı addımla Makronun siyasətini də kölgə altına salır.

Uzun müddətdən sonra normallaşan Azərbaycan Fransa əlaqələrinin fonunda Valerinin səfəri yersiz və provokativ xarakter daşıyır. Pekres seçki kompaniyası adı altında yolunu azıb Xandəndiyə gəlibsə bu ermənipərəst dairələrin planı əsasında baş tutub. Brüssel görüşündən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələsi başlayıb. Üstəlik bu əlaqələr Avropa İttifaqının timsalında kifayət qədər dəstəklənir.

Prezidentliyə namizəd Pekresin hələ seçilməmişdən fransa qanunlarına çevirdiyi arxa ancaq yanlara cazibədar gələ bilər. İndiki halda Valeri Pekres Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti və ya inzibati məsuliyyət daşıyır. Fransa özü də BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi Şuranın 822, 853, 874 və 884 nömrəli qətnamələrini dəstəkləyir. Bu qətnamələr Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörməti təsdiq edir. Bu isə o deməkdir ki, Pekres əzbər bildiyi qanunları pozmaqla qızışdırıcı mövqe tutmağa çalışır. Eyni vaxtda Valeri hazırki Fransa rəhbərliyinin yürütdüyü xarici siyasətə müxalif olduğunu cinayət törətməklə nümayiş etdirir.

Göründüyü kimi bu Valerianın təsiri heç də sakitləşdirici deyil. Əksinə siyasi müstəvidə nevrotik simptomların yaranmasına səbəb olur. Biz vaxtilə həmsədrlərin Qarabağda qurduqları içki məclislərindən danışmışdıq. Ordakı sağlıqların nə ilə bitdiyini 44 günlük zəfərdən sonra hər kəs gördü. Fransada namizədliyini irəli sürdükdən sonra kampaniyaya başlayan Pekres isə özünə yeni kampaniya axtarsa daha yaxşı olar.

Digər xəbərlər
Bu gün
Dünən