Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirdi.
"İdarəçi rəhbərlərlə tanışlıq" layihəsi çərçivəsində təşkil olunan görüş Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olundu.
Tədbirdə çıxış edən səfir Cahid Bağçı 2 ölkə arasında münasibətlərin tarixinə geniş nəzər salaraq, dildə, dində və əməldə bir olan iki ölkə arasında münasibətlərin bu 30 ildə inkişafını yüksək dəyərləndirərək növbəti 30 illik üçün də eyni strategiyanın hədəfləndiyini bildirdi.
Qeyd edək ki, səfirin tələbələrlə bu formatda görüşü ilk dəfə Texniki Universitetdə təşkil olundu.