Prokurorluq: Goranboyda gənc oğlanın minaya düşməsi ilə bağlı araşdırma aparılır-YENİLƏNİB

Prokurorluq: Goranboyda gənc oğlanın minaya düşməsi ilə bağlı araşdırma aparılır-YENİLƏNİB

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

REAL

***21:26

Goranboyun gənc sakini minaya düşüb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.

Belə ki, kəndin 26 yaşlı sakini Məmmədov Vüqar Maqsud minaya düşüb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub.

V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hadisə o, qoyun otaran zaman baş verib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən