Bakıdan Şuşaya... - VİDEO

Bakıdan Şuşaya... - VİDEO
Bir vaxtlar xəyalən Şuşaya gedənlər artıq real sərnişinlər olacaq

Bəli, biz evimizə qayıdırıq! Bu nənə və nəvə kimi indi milyonlarla azərbaycanlının arzuları çin olur. Artıq yanvarın 24-dən etibarən Şuşaya müntəzəm avtobus marşrutu açılır.

30 ildir Azərbaycanın qədim və gözəl şəhəri olan Şuşanın həsrətini çəkən xeyli insan həmin ecazkar şəhəri canlı görə biləcək. Şuşaya gedən yollar indi üzümüzə açıqdır. O yol 28 ildən çox idi ki, erməni işğalçıları tərəfindən üzümüzə bağlanmışdı.

Bu avtobus xətti ilə indi azərbaycanlılar, yurd həsrəti çəkənlər Şuşanın qoynuna qayıdır. Xarıbülbülü qoxlamağa gedir. Zəfər yolu boyunca Topxana meşəsinin gözəlliyinə tamaşa etməyə hazırlaşır. İsa bulağının suyundan içməyə, Cıdır düzündən bütün tarixi Azərbaycan torpaqlarını izləməyə yollanır.

Bir az əvvəl izlədiyimiz, 44 günlük vətən müharibəsi dövründə İctimai televiziya tərəfindən çəkilən video-rolikdə iştirak edən həmin nənə və nəvə ilə söhbətləşdik. Onda hələ Şuşa uğrunda qəhrəman əsgərlərimiz döyüşürdü. O rolikin çəkildiyi vaxt nənə və nəvə hansı hisləri keçirdiyini bizimlə bölüşdü. Çəkilişdən təxminən 10 gün sonra Şuşa azad olundu və artıq bir neçə gündən sonra Şuşaya avtobus gedəcək. Gəlin onların duyğularına birlikdə qulaq asaq... Svetlana xanım deyir ki, mən 10 il Ağdam teatrında işləmişəm. Hər gün demək olar ki, Şuşaya gedirdik. Xəyalən oranın 30 il sonra ilk sərnişini oldum. Amma inanırdım. İnanırdım ki, Şuşa yenidən bizim olacaq. İndi də artıq ora xəyalən yox, həqiqi mənada gedə biləcəm.

Videoçarxda çəkilən İsmayıl Şixəlizadə ilə də söhbət etdik. O da tezliklə Şuşaya getmək, Şuşanın gəzməli-görməli yerlərində olmaq istədiyini dedi.

Videoçarxın rejissoru İlkin Şirinli də bu təşəbbüsün yaranmasından, çəkiliş prosesindən və bu layihənin davamından danışdı.

Qeyd edək ki, İlk dəfə olaraq işğaldan azad edilən ərazilərə müntəzəm marşrut xətləri ilə sərnişin daşımalarına satart verilir. yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər