Mərkəzi xəstəxanadan şikayətçi sakin - VİDEO

Mərkəzi xəstəxanadan şikayətçi sakin - VİDEO
Vətəndaşın şikayəti qarşısında tibb müəssisəsi deməyə söz tapmadı

Qusarın Əvəcuq kənd sakini Xatirə Məmmədova Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən şikayətçidir. Bu səbəbdən Problem verilişinə müraciət edən Xatirə xanım bildirir ki, bir neçə gün öncə səhhətində problem yaranıb.

Boğaz ağrısı, üşütmə və temperaturunun yüksəldiyini hissədən müsahibim deyir ki, işlədiyi Əvəcuq kənd orta məktəbindən icazə alaraq evə gəlib. Səhhətində yaranan problemlərin aradan qalmadığını görükdə isə Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına zəng vurub. Lakin aldığı cavab onu şoka salıb.

3 gün ərzində Təcili yardım briqadasını gözləməzkdən gözlərinin kökü saralan Xatirə Məmmədova əlacsız qalaraq ev şəraitində özü-özünü müalicə edib. Bundan sonra bülüten üçün xəstəxanaya müraciət etsə də bu dəfə ondan pul tələb olunub.

Xatirə Məmmədovanın səsləndirdiyi iddiaları Qusar RMX-nın direktoru Kamran Paşayevə çatdırdıq. Sanki nitqi quruyan Kamran Paşayev şikayətçinin iddialarını nə təsdiq nə də inkar etdi. Sadəcə onu bildirdi ki, məsələ ilə bağlı açıqlama vermək istəmir. Görünür xəstəxana direktorunun deməyə sözü yoxdu.

Hər bir halda inarıq ki, sujetimizdən sonra məsələ ətraflı araşdırılacaq. Onu da bildirək ki, bir müddət öncə Qusar rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər