8 ilin ən yüksək iqtisadi artım tempi - VİDEO

8 ilin ən yüksək iqtisadi artım tempi - VİDEO
Azərbaycanda iqtisadi artım manatın sabitliyi fonunda baş verir

2021-ci ildə dünya iqtisadiyyatı 5,5 faiz, Azərbaycan iqtisadiyyatı 5,6 faiz artmaqla son 8 ildə ən yüksək artım tempi göstərib. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin 2022-ci ildə yerli mediaya verdiyi müsahibədə toxunulan sosial iqtisadi məsələlərin müzakirəsi zamanı dedi. onun sözlərinə görə, ötən il Azərbaycanda qeyri-neft-qaz sənayesində 20 faiz artım olub ki, Bu da müstəqillik tarixində rekord göstəricidir.

2021-ci ildə Azərbaycanda inflyasiyanın 6,7%-ə, ərzaq inflyasiyasının isə 8%-ə çatdığını deyən V.Qasımlının fikrincə bunun əsas səbəbi idxal edilən məhsulların qiymətlərinin artmasıdır.

Müzakirələr zamanı o da qeyd edildi ki, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərinə 2,2 milyard manat vəsait ayrılıb. Bu ərazilərdə iş qurmaq istəyən sahibkarlardan 900-dən artıq biznes-plan daxil olub. Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə əlavə etdi ki , Azərbaycan işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı nəticəsində ətə və südə tələbatını deməl olar ki tam ödəyəcək.

Çıxış edənlərin firkrincə ən əasası odur ki, Azərbaycanda iqtisadi artım manatın sabitliyi, aşağı xarici borc və kifayət qədər yüksək stateji valyuta ehtiyaclarının mövcudluğu fonunda reallaşır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər