596 şəxs vətəndaşlığa qəbul edilib - VİDEO

596 şəxs vətəndaşlığa qəbul edilib - VİDEO
V.Hüseynov:2021-ci ildə 15 nəfərin vətəndaşlığı bərpa olunub

2021-ci ildə 596 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib. Onlardan 62 şəxs Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların ailə üzvləridir. Ötən il 15 şəxsin vətəndaşlığa bərpa olunması barədə qərar verilib. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqladı. Vüsal Hüseynovun sözlərinə görə, ötən il Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün 24125 müraciət olub. Həmin şəxslərdən 20756-sı Azərbaycan vətəndaşı hesab edilib. Müraciət edənlərdən 3925 nəfər isə vətəndaş sayılmayıb və 1558 şəxsin mənsubiyyətini müəyyən etmək mümkün olmayıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi bildirdi ki, Avropadan Azərbaycana readmissiya olunan şəxslərin sayı 2,9 faiz artıb. ötən il ərzində 420 şəxs readmissiya olunub.

Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd etdi ki, bu il əcnəbilər üçün müəyyən edilən iş kvotası 8740 təşkil edib. Vüsal Hüseynovun sözlərinə görə, 2021-ci ildə Azərbaycana giriş edən əcnəbi sayı 791 983 olub. Gələnlər daha çox qonşu ölkələrdən - Rusiya, Türkiyə, Gürcüstan, İran və Ukraynadandır. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqladı. Vüsal Hüseynov ötən ilin son gününə ölkədə olan əcnəbi sayının 131 512 nəfər təşkil etdiyi bildirdi.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə əməkdaşlıq şəraitində “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək layihəsinin icrasına başlanılıb. İşəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatı barədə proqnoz məlumatların daha çevik və səmərəli formada təqdim edilməsi məqsədilə 2 yeni elektron xidməti yaradılıb.

Ötən il Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 29 maarifləndirmə-məlumatlandırma tədbiri, 170 səyyar xidmət təşkil edilib. Xidmətin 919 Çağrı Mərkəzinə 2021-ci il ərzində edilən zənglərin sayı 112805 olub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən