Milli Olimpiya Komitəsinin “Pekin 2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev, Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, olimpiya çempionları və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Səfir Qo Min Çinin dünyaya bəxş etdiyi möhtəşəm Olimpiya Oyunları haqqında danışıb, idmançılara uğurlar arzulayıb.
Olimpiya Komitəsinin “Pekin 2022“ Qış Olimpiya Oyunlarına həar olunan təqdimat mərasimi Azərbaycan Milli Komandasının rəsmi formasının nümayişi ilə başa çatıb.
REAL