Şahmatçımız Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Şahmatçımız Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturniri davam edir. Yarışda dördüncü turunun oyunları keçirilib.

Təmsilçimiz Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof DUda ilə üz-üzə gəlib. Şahmatçımız 21-ci gedişdə rəqibini mat qoyub.

Bu nəticədən sonra aktivində 2 xal yarım olan Şəhriyar 2-6-cı yerləri bölüşür.

Xatırladaq ki, qrossmeysterimiz ilk 3 turda sülh bağlayıb. Zəka sahibimiz müvafiq olaraq rusiyalı Andrey Yesipenko ilə Daniil DubOv və niderlandlı Aniş Giri ilə xalı yarım bölüb.

Məmmədyarov 5-ci turda niderlandlı Yorden Fan ForEestlə qarşılaşacaq.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı mübarizə aparır. 13 turdan ibarət turnirə yanvarın 30-da yekun vurulacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər