Millimiz Niderlanda yollanıb - VİDEO

Millimiz Niderlanda yollanıb - VİDEO
Futzalçılarımız son məşqlərinə Qroningen şəhərində çıxırlar

Futzal üzrə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq Azərbaycan millisi Niderlanda yollanıb.

Seçməmizin baş məşqçisi Joze Alesio Da Silva qitə çempionatı üçün yekun heyətə 14 oyunçunun adını salsa da, sonradan problemlə üzləşib. Belə ki, millimizin üzvləri Belçikada COVID-19 testi veriblər. Oyunçulardan Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın isə şübhəli çıxıb. Vilelanın ətkrar testi neqativ çıxarsa, qrupun ikinci oyununda iştirak edə biləcək. Bundan başqa Emanoel Maneka son məşqdə zədələnib. Futzalçının zədəsi ciddi olarsa, onun əvəzlənməsi üçün UEFA-ya müraciət olunacaq.

Yerdə qalan 11 oyunçu isə Rövşən Hüseynli, Xətai Bağırov, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, İsa Atayev, Emin Kürdov, Tiaqo Teles, Everton Kardoso, Fineo De Araujo, Oliveira Villiams “Vassoura” və “Felipinyo”dur.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Niderlandda təşkil olunacaq. D qrupunda qərarlaşan millimizin rəqibləri Bosniya və Herseqovina, Gürcüstan və İspaniya kollektivləridir.

Futzalçılarımız ilk matçlarını yanvarın 22-də gürcüstanlı həmkarlarına qarşı keçirəcəklər. Ayın 26-dakı qarşılaşmada komandamızın rəqibi İspaniya seçməsi olacaq. Kollektivimiz qrupdakı son oyununda Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu görüş yanvarın 29-na təsadüf edəcək.

Millimiz ilk 2 matçına Qroningen, sonuncu görüşünə isə Amsterdam şəhərində çıxacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər