Entoni Blinken Avropaya yola düşüb

Entoni Blinken Avropaya yola düşüb

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə bağlı gərginliyi azaltmaq üçün Ukrayna və Almaniyaya səfərə yola düşüb.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

Bu, "Rusiyanın Ukraynaya yaratdığı təhlükənin aradan qaldırılması üçün vahid yanaşma və onu təhlükəsizlik və sabitlik maraqları naminə diplomatiya və deeskalasiya seçməyə təşviq etmək üçün birgə səylərimizlə bağlı avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla apardığımız geniş diplomatiyanın davamıdır" - deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays əlavə edib.

Açıqlamaya görə, Blinken Kiyevdə danışıqlar aparacaq, orada Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Prays bildirib ki, bu görüşün ardınca Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparılacaq.

Dövlət Departamentindən bildirilib ki, ABŞ dövlət katibi "Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün birgə səylər çərçivəsində" Almaniyada danışıqlar aparacaq.

Qərb Moskvanın 2014-cü ilin martında Ukraynanın Krım bölgəsini qanunsuz ilhaq etməsi və 2014-cü ilin aprelindən bəri 13,200-dən çox insanın həyatına son qoyan müharibədə Ukraynanın şərqindəki separatçı döyüşçülərə dəstək verdiyinə görə artıq Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər