Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib

Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib

Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib.

Bu barədə TASS-a agentliyi məlumat verib.

Məlumata görə, bütün ölkədə konstitusiya quruluşu bərpa edilib, lakin bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir.

Xatırladaq ki, yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev artan iğtişaşlar və qırğınlar fonunda fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

Yanvarın 12-də vəziyyət sabitləşdiyi üçün Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilib. İki gün sonra, yanvarın 14-də prezident Çimkent, Şərqi Qazaxıstan, Qaraqanda, Türküstan, Akmola və Kostanay vilayətlərində rejimin ləğvi haqqında fərmanlar imzalayıb.

yanvarın 19-da gecə 00:00-dan etibarən Nur-Sultan və Almatı şəhərlərində, həmçinin Almatı, Atırau, Cambil, Qızılorda və Manqistau vilayətlərində fövqəladə vəziyyət rejiminə son qoyulub.
Qeyd edək ki, bundan əvvəl Prezident digər bölgələrdə də fövqəladə vəziyyəti vaxtından əvvəl ləğv etmişdi.

Beləliklə, bütün ölkə normal həyata qayıdır. Fövqəladə vəziyyət dövründə tətbiq edilən komendant saatı və digər müvəqqəti məhdudiyyətlər ləğv edilir.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhəri və Mangistau vilayətində etirazlardan dolayı əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində fövqəladə vəziyyət barədə fərman vermişdi.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər