Tonqa hökuməti ölkədə baş verən vulkan və tsunami barədə hadisədən 3 gün keçdikdən sonra ilk rəsmi açıqlama verib.
Açıqlamada təbii fəlakətin ölkədə misli görülməmiş zərər vurduğu bildirilir.
Təbii fəlakət zamanı indiyə qədər 3 nəfərin öldüyü məlumdur.
Onlardan biri britaniya vətəndaşıdır.
Vulkandan sonra baş verən tsunami adalardan birində infrastrukturu tamamilə dağıdıb.
Digər bir adada cəmi 2 evə zərər dəyməyib.
Hazırda Tonqada kommunikasiya məhdud olduğu üçün insanlar bir-birilə əlaqə saxlaya bilmirlər.
Vulkandan atmosferə sovrulan kül dumanı zərər dəyən ərazilərə yardım çatdırılmasını da əngəlləyir.
Yerlilər içməli su və təchizat əldə edə bilmək üçün hava limanında uçuş-enmə zolağının küldən təmizlənməsinə kömək edirlər.
Vulkandan sonra baş verən tsunami bir neçə ölkədə dağıntılara səbəb olub.
REAL