Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyədə səfərdədir

Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyədə səfərdədir

Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyədə səfərdədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarını Küliyye iqamətgahında qarşılayıb.

Hazırda iki ölkə lideri arasında görüş keçirilir.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən bildirilib ki, Ərdoğan və qonaq lider paytaxt Ankarada Türkiyə-Serbiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 3-cü Toplantısına sədrlik edəcəklər.

Şura Toplantısında Türkiyə-Serbiya münasibətləri bütün aspektlərilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.

Təkbətək görüşdən sonra R.T.Ərdoğan və A.Vuçiç Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Rəsmi sənədlərin imzalanması mərasimi və birgə mətbuat konfransından sonra Türkiyə Prezidenti serbiyalı həmkarının şərəfinə şam yeməyi verəcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər