Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bunu REAL-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hazırda istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.