Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı
İlk oyunlar aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. 

Mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunub.

Püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin  baş məşqçisi Andriy Şevçenko yardımçı olub. 

Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:

"Barselona” (İspaniya) - "Roma” (İtaliya)

"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)

"Yuventus” (İtaliya) - "Real Madrid” (İspaniya)

"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar adları birinci göstərilən komandaların meydanlarında aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə