Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidi inşa olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA REAL-a verilən məlumata görə, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerüstü piyada keçidi Tağıyev qəsəbəsi-Sumqayıt avtomobil yolunun 3.84-ci km-də inşa edilir.
Məlumata görə, piyada keçidinin uzunluğu 30 metr, eni isə 3.5 metrdir.
Sözügedən yolun 4.59 və 8.76-cı km-lik hisələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.