Şuşa əhalisinin sağlamlığının keşiyində - VİDEO

Şuşa əhalisinin sağlamlığının keşiyində - VİDEO
REAL TV Qarabağda açılan ilk modul tipli xəstəxanada olub

"Gəldim, gördüm, mənimsədim" ideologiyası ilə yaşayan düşmənin ziyankar əl əməyi Şuşadan da yan ötməmişdi. 30 illik işğal dövrü ərəfəsində şəhərin infrastrukturuna ziyan dəyib.

Lakin bu gün Şuşada görülən infrastruktur layihələri və tədbirləri sayəsində Azərbaycan musiqisinin beşiyi yenidən dirçəlir. Bu isə Böyük Qayıdışa hazırlığın tərkib hissəsidir.

Həmin əsnada səhiyyə sahəsində də görülən işləri vurğulamaq yerinə düşər. Elə buna görə şəhərdə məskunlaşacaq əhalinin sağlam canla yaşaması üçün yaradılan Şuşa Modul Tipli Xəstəxanasını xüsusilə vurğulamaq lazımdır.

Ölkə başçısının tapşırığına əsasən istifadəyə verilən xəstəxanada tibbi xidmətləri əhali üçün əlçatandır. Burada vətəndaşlar həmin xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

Yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat vətəndaşların sağlamlığına xidmət edir. Tibb müəssisəsində travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloqreanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışır.

Özü də fəxr və yorulmadan. Xəstəxananın baş tibb bacısı Nəcibə İsmayılova kimi...

Əlbəttə ki, Şuşada vətəndaşların xidmətində durmaq vətənə, xalqa sevginin ümdə təcəssümüdür. Tibb müəssisindəki hər bir avadanlıq səngərdə duran əsgərin silahına taydır desək, yanılmarıq. Çünki hər ikisi xidmət edir. Biri xalqa, digəri vətənə.

Xülasə. Xəstəxanadakı hər bir xidmət Şuşa əhalisinin sağlamlığının keşiyindədir.

Təcili Tibbi Yardımın xidməti kimi...

Bir sözlə desək, modul tipli xəstəxana vətənin keşiyində duranlara, Şuşa əhalisinə xidmət edir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən