Ötən il KOBİA-ya 5 min müraciət daxil olub (VİDEO)

Ötən il KOBİA-ya 5 min müraciət daxil olub (VİDEO)
Bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlı olub

Ötən il Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 5 mindən çox vətəndaş müraciəti daxil olub. ki, bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlı olub. 1264 müraciətin 26%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 61%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 8%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında bildirdi.

Orxan məmmədov bildirdi ki, 180 təlim videosundan ibarət onlayn təlim platforması istifadəyə verilib ki, bugünədək 500-ə yaxın şəxs bu platformadan yararlanıb. Bundan başqa KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi işləri çərçivəsində keçirilmiş 1-ci qrant müsabiqəsinə 329 layihə daxil olub ki, onlardan 15-i maliyyələşdirilib. Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir.

Ötən ilin may ayından mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnamələrin verilməsi ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 66 müraciət daxil olub.

2021-ci ildə sahibkarların müraciətləri əsasında 10 sahə üzrə KOBİA-nın təşəbbüsü ilə isə 4 sahə üzrə daxili bazar araşdırmaları aparılıb. KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədi daşıyan daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər