2021-ci ilin dekabr ayı ərzində 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr" mövzusunda keçirilən mətbuat konfransında dedi.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İTSDA-ya təqdim edilən ilkin hesabatlara əsasən ötən ilin dekabr ayı ərzində 58 şəhər və rayonda 383 847 vətəndaşa 1 393 882 tibbi xidmət göstərilib:
"Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 085 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 201 415-i ambulator, 192 467-si isə stasionar şəraitdə göstərilib".