Asanlaşan lisenziya siyasəti - VİDEO

Asanlaşan lisenziya siyasəti - VİDEO
Pandemiya sürətli çatdırılma şirkətlərinə verilən lisenziyaları artırıb

Başa çatmaqda olan 2021-ci il göstərdi ki, artıq Azərbaycan iqtisadiyyatı iki il öncə başlamış COVİD-19 pandemiyasının zərərli təsirlərini arxada qoyur. Eyni zamanda, pandemiya ölkədə bir sıra ənənəvi olmayan yeni peşələrə marağı da artırıb. İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdir müavini Zaur Nuruyev REAL TV-yə müsaşibəsində belə peşələrdən birinin sürətli poçt xidmətləri olduğunu bildirib. O, edilən müraciətlərin dinamikasına əsaslanaraq, bu sahəyə marağın getdikcə artacaını düşünür.

«Son iki il ərzində ölkədə və dünyada baş verən pandemiya şəraiti ilə bağlı olaraq bir sıra fəaliyyət növləri ilə bağlı lisenziyalara tələbatlar artmış və sürətli poçt xidmətləri üzrə müraciətlərin sayı artıb. Bu da bəzi fəaliyyət növləri ilə bağlı lisenziyaların verilməsi tələb olunduğu kimi sürətli poçt xidmətlərinin də lisenziya alınması tələb olunurdu. Sahibkarlıq xidmətləri son iki il ərzində sürəti poçt xidməti üzrə artıq 100-dən artıq lisenziya əldə ediblər ki, bu da onlara öz fəaliyyətlərini daha da inkişa etdirməə imkan yaradır. Düşünürəm ki, bu sahədə növbəti illərdə də artım müşahidə olunacaq».

Təbii ki, pandemiya ilə bağlı evə qapanmalar ticarət zəncirində müəyyən qırılmalar yaratdı ki, bu qırılmaları ticarət şirkətləri ilə yanaşı, işgüzar gənclər də doldurmağa çalışdılar və ticarətlə müştəri arasında vasitəçilik fəaliyyətlərini rəsmiləşdirməyə çalışdılar. Təbii ki, ölkədə lisenziyalaşma sahəsində son illərə aparılan islahatlar onlara bu arzularına rahatlıqla gerçəkləşdirməyə imkan yaratdı.

«Bu islahatları biz apararkən təbii ki, sahibkarların daha münbit şəkildə, daha şəffaf şəkildə lisenziyanı əldə etməsi məqsədi güdür. Bu islahatlar biz nəzərdə tutmuşuq ki, növbəti illərdə də davam etsin. Burda sahibkarlar çox asan şəkildə lisenziya əldə edə bilsinlər. Biz bu istiqamətdə lisenziyalar portalının daha təkmil şəkildə fəaliyyət göstərməsi ilə bağlı tədbirlər həyata keçirilməsini və onun fəaliyyətinin daha da genişləndirilməsini nəzərdə tuturuq»

İlk baxışdan hər hansı bir fəaliyyət növü üçün lisenziya alınması elə də asan bir iş kimi görünmür. Ölkədə bir sıra fəaliyyət növləri üzrə işə başlamaq üçün məhz lisenziya almaq gərəkdir. Lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən əsasən tikinti-quraşdırma fəaliyəti, özəl tibb, təhlükəli yüklərin daşınması, dərman preparatlarının pərakəndə satışı, sürətli poçt xidməti və s. fəaliyyətlə üzrə verilir. Və bu lisenziyaların verilməsi üçün hökumət qurumları ciddi yoxlama işləri apırırlar.

«Lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən 23 fəaliyyət növü üzrə hazırda verilir. Təbii ki, lisenziyaların verilməsi üçün aiddiyyati nəzarət qurumunun mütləq olaraq rəyini alırıq. Bu nəzarət qurumlarının sayı səkkizdir. İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilərkən, obyektlə bağlı fəaliyyət növləri olarkən, obyektin yerləşdiyi ünvanlara nəzarət qurumu ilə birgə baxış keçirilir. Yerində yoxlama aparılır və onun əsasında nəzarət qurumu öz müvafiq rəyini bildirir. İqtisadiyyat Nazirliyi də həmin verilmiş rəyə əsasən lisenziyanın verilib, ya verilməməsi ilə bağlı qərar qəbul edir. Sahibkara lisenziya verilməsi müsbət olduğu təqdirdə, dövlət rüsumunun ödənilməsini təsdiq edin sənəd təqdim edilir sahibkar tərəfindən və sonda lisenziyanın verilməsi təmin edilir».

Təbii ki, bəzi sahələrdə fəaliyyə üçün lisenziya tələb edilməsinin səbəbi var. Yəni dövlət təhlükəsizliyi ilə, ekoloji mühitə təsirlə bağlı fəaliyyətlər olduğu təqdirdə mütləq lisenziyaya ehtiyac yaranır. Həmçinin, məhdud miqdarda ehtyatlardan istifadənin təmin edilməsi zamanı da lisenziyanın verilməsi tələb olunur. Əvvəllər bu, çox sayda bürokratik əngəllərin aşılmasını tələb edən yorucu bir iş olub. Lakin son illərdə aparılan islahatlar bu iş xeyli asanlaşdırıb.

«2016-cı ildə «Lisenziya və icazələr haqqında Azərbaycan respublikasının qanunu qəbul edilib. Həmin qanun ilə həm lisenziyaların sayı, həm icəzaların sayı müəyyən edilib. Və həmin qanuna əsasən lisenziyaların sayı 59 fəaliyyət növündən 36 fəaliyyət növünə endirilib. İlk dəfə ölkədə icazələrin sayı müəyyən edilib və 86 olaraq, təsbit edilib. Eyni zamanda lisenziyaların verilməsi prosesi sadələşdirilib. Lisenziya verilməsi üçün tələb olunan əlavə sənədlərin sayı azaldılıb, dövlət rüsumu məbləğləri iki dəfə azaldılıb. Eyni zamanda, lisenziyaların ASAN xidmət mərkəzləri vasitəsi ilə verilməsi prosesinə başlanılıb. Əgər 2015-ci ildə lisenziyaldarın ASAN xidmət vasitəsi ilə verilməsinə başlanılmışdısa, artıq 2018-ci ildə lisenziya icazələri portalı vasitəsi ilə elektron lisenziyaların verilməsinə başlanılıb. Həmçinin 2020-ci ilin fevral ayından başlayaraq KOB evləri vasitəsi ilə də lisenziyaların verilməsinə başlanılıb. Göründüyü kimi, lisenziyaların lisenziya və icazələr portalı vasitəsi ilə verilməsinə başlanılıb ki, bu da sahibkarların öz ofisindən, olduğu yeri tərk etmədən daha çevik şəkildə portal vasitəsi ilə müraciət etmək və qısa müddətdə lisensiya əldə etmək imkanı yaradılıb.

Burda əsas məqsəd məmur-sahibkar təmasını minimuma endirməkdir ki, portal buna xidmət edir. Ötən dövr ərzində - 2018-ci ilin mart ayından 2022-ci ilin 1 yanvar tarixinə kimi 2400-dən artıq elektron lisenziyanın verilməsi təmin edilib. Ölkə üzrə indiyə kimi verilən lisenziyaların sayı ilə müqayisə etdikdə işlərin yetirncə sürətləndiyini görmək olar.

«Ümumilikdə baxanda, 2015-ci ildən 2022-ci ilin 1 yanvar tarixinə qədər 11 min 800-dən artıq lisenziya verilməsi təmin edilib. Bu da sahibkar aktivliyini göstərir. Ötən il 1500-dən artıq lisenziyanın verilməsi təmin edilib. Verildmiş lisenziyaların 85 faizi yeni lisenqziyalardır. Hansı ki, yeni fəaliyyətə başalyan sahibkarlıq subyektləridir. Hər bir yeni lisenziya bir sahibkarlıq subyektinin fəaliyyətə başlaması deməkdir. Bu da həm məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin asılmasına öz töfhəsini verir».

Təbii ki, son illərdə iqtisadi sahədə aparılan bir çox islahatlar kimi bu prosesdə də məqsəd, xüsusilə də, kiçik və orta sahibkarlıq sahəsində işgüzar aktivliyin artırılmasıdır. Sirr deyil ki, ölkə iqtisadiyyatı post-neft dövrünə hazırlaşır və istər-istəməz qeyri-neft sektorunun inkişaf etdirilməsi bütün aparılan islahatların ana cizgisinə çevrilir. Lisenziyaların və icazələrin sürətlə və səmərəli verilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafında çox uğurlu nəticələr əldə etməsinə imkan yarada bilər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər