Sahibkarların Qarabağa marağı böyükdür - VİDEO

Sahibkarların Qarabağa marağı böyükdür - VİDEO
Qarabağda biznes qurmaqla bağli KOBİA-ya 945 müraciət daxil olub

44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir.

İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2021-ci ilin yekununa dair keçirilən mətbuat konfransında bildirdi.

Orxan Məmmədov bildirdi ki, KOBİA tərəfindən qadınların, gənclərin, əlillərin, o cümlədən qazilərin sahibkarlığa cəlb edilməsi və inkişafında müxtəlif istiqamətləri əhatə edən tədbirlər həyata keçirilib.

KOBİA-nın dəstəyi ilə sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirmək məqsədilə 2021-ci ildə “kobmarket.az” portalı fəaliyyətə başlayıb. Artıq portalda qeydiyyatdan keçmiş sahibkarlar tərəfindən 90-dan çox onlayn mağaza yaradılıb, 1500-ə yaxın məhsul yerləşdirilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər