Ağdam sakinləri yurdlarına qayıtdı - VİDEO

Ağdam sakinləri yurdlarına qayıtdı - VİDEO
İlk Bakı-Ağdam-Bakı sərnişin reysi uğurla həyata keçirildi

“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb. Səhər saatlarından paytaxtdan yola çıxan ilk sərnişin avtobusu vasitəsilə sakinlər Bakı-Ağdam-Bakı müntəzəm avtobus xətti ilə Ağdama səfər ediblər. Sərnişinlərin ilk dayanacağı Pənahəli xanın iqamətgahı və "İmarət" stadionu olub. Onlar burada vandalizm aktlarının, tarixi tikililərə, inzibati binalara olan etinasız münasibətin şahidi olublar.

Sakinlər daha sonra Ağdamdakı Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Rayon sakinləri tarixi qələbədən doğan qürur hissilə bərabər, uzun illərdən sonra doğma yurdlarına yenidən baş çəkdiklərinə görə sevincli olduqlarını bildirdilər.

Qeyd edək ki, Ağdama sözügedən səfər şəhər mərkəzi daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə təşkil olunub. Səfərlər xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil edilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər