Vətən sevgisi qəlbən və ruhən doğan hisslərin ən ülvisidir. Qulluğunda durmaq, xidmət etmək, keşiyində dayanmaq həmin ülviyyətin parçalarıdır.
Şuşada həmin parçalar həmçinin polis əməkdaşlarının və daxili qoşunların hərbi qulluqçularının fəaliyyətində birləşir. Onların əsas vəzifəsi şəhərin təhlükəsizliyini və ictimai asayişi təmin etməkdir.
Özü də iqlim şəraitindən asılı olmadan hər an ayıq-sayıq olmaqla.
Təbii ki, şaxtalı havada xidmət etmək heç də asan deyil. Lakin onlar çətin hava şəraitində belə işinin öhdəsindən asanlıqla gəlir. Fəxr, qürur və əzmkarlıqla.
Onların şərəfli və özgüvənli sözləri insanda ancaq fəxarət hissi yaradır. Xülasə. Tək kəlmə ilə desək, məhz bu şəxslərin sayəsində Şuşanın təhlükəsizliyi əmin əllərdədir.