Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş “Dönməsəm xatirə qalsın” adlı tədbir keçirilib.
Tədbirdə şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolunu əks etdirən “Mən Əliyəm” adlı kitab təqdim olunub.
Təqdimat mərasimində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, iş yoldaşları, döyüş yoldaşları, müharibə iştirakçıları, ziyalılar iştirak edib.
Şəhidin həyatından bəhs edən videoçarx təqdim edildikdən sonra vətən mövzusunda şeirlər, musiqilər ifa olunub, daha sonra Qarabağ geyim kolleksiyasının nümunələri təqdim olunub.
Tədbirin ikinci hissəsində şəhidin çəkilmiş rəsm əsərləri, şəxsi əşyalarından ibarət sərgi, “Mən Əliyəm” kitabı, vətənpərvər ruhlu muğam ifaları nümayiş olunub.
REAL