Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 125 kvadratmetr olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 15 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
REAL