ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə videokonfrans keçirib

ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə videokonfrans keçirib

ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə videokonfrans keçirib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev bildirib. Danışıqların 1 saatdan çox davam etdiyi qeyd olunur.

"Prezident Baydenin Avropa liderləri ilə videokonfransı saat 15:05-də (Bakı vaxtı ilə saat 00:05) başlayıb və saat 16:25-də (Bakı vaxtı ilə 01:25) başa çatıb", - Ağ Evdən bildirilib.

KİV-in məlumatına görə, görüşdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olunub.

Daha əvvəl məlumat verilib ki, ABŞ Prezidenti Avropa liderlərinə videozəng edəcək, danışıqlarda Ukrayna ilə bağlı davam edən böhranı müzakirə edəcək. Danışıqlarda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin, Avropa Şurasının sədri Şarl Mişelin, NATO-nun baş katibi Yens Stoltenberqin, həmçinin Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya liderlərinin iştirak edəcəyi qeyd olunurdu.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər