Fransada peyvəndlə bağlı yeni qayda qüvvəyə minib

Fransada peyvəndlə bağlı yeni qayda qüvvəyə minib

Fransada vaksin vurdurmamış şəxslər üçün məhdudiyyətlər sərtləşdirilir.

APA-nın xəbərinə örə, sanitar buraxılış vəsiqəsi vaksin sertifikatı ilə əvəz olunur. Bu, o deməkdir ki, restoran, bar, kinoteatr, idman, əyləncə mərkəzləri, gözəllik salonları və təhsil müəssisələri yalnız tam vaksinasiya kursu keçmiş və ya bu yaxınlarda xəstəliyi keçirmiş şəxslər üçün açıq olacaq. Peyvənd sertifikatı olmadan, həmçinin iri ticarət mərkəzlərinə getmək, qatarla səfərlərə çıxmaq və daxili aviareyslərdən istifadə etmək mümkün deyil.

Bir gün əvvələdək Fransada peyvənd olunmamış şəxslər ictimai yerlərə neqativ test nəticəsi təqdim etməklə gedə bilirdilər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən