Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib

Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excelsior” qəzetində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi əsasında “Azərbaycanı azadlığa aparan faciəvi gün” başlıqlı yazı dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda 32 il öncə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinə son qoymaq üçün sovet ordusunun paytaxt Bakıya daxil olaraq dinc əhaliy qarşı qətliam törətdiyi, ancaq ittifaq rəhbərliyinin öz məqsədinə nail olmadığı, bu faciəvi hadisələrdən sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi və nəticədə azadlığın tiranlıq üzərində qələbəsinin təcəlla etdiyi bildirilir.

Müsahibədə “Qara Yanvar” faciəsinin beynəlxalq hüquq əsasında insanlıq əleyhinə cinayət olduğunu söyləyən M.Talıbov, bu cinayətə gərəkli beynəlxalq hüquqi-siyasi qiymət verilməli olduğu və qətliamın başlıca səbəbkarı, həmin il Nobel Sülh mükafatı ilə təltif edilmiş ovaxtı sovet rəhbərinin beynəlxalq ədalət qarşısında cavab verməsi gərəkdiyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycana qarşı erməni təcavüzünün tarixi və işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən görülən işlər barədə məlumat verilir.

Sonda 20 Yanvar faciəsi və dövlət müstəqilliyinin bərpasından bu günədək keçən müddət ərzində Azərbaycanın sürətli inkişaf yolu keçdiyi və siyasi-iqtisadi cəhətdən Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyi deyilir.

Mövzu ilə əlaqədar, həmçinin Meksikanın nüfuzlu “Contra Replica” qəzetində M.Talıbovun “Azadlığın tiranlıq üzərində qələbəsi” başlıqlı məqaləsi də dərc olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər