Müharibənin bir addımlığında - VİDEO

Müharibənin bir addımlığında - VİDEO
Müharibə ehtimalı ABŞ-Rusiya, NATO-Rusiya münasibətlərindən asılıdır

Artıq üçüncü dünya müharibəsinin qoxusu hiss edilməkdədir. Digər iki müharibədən fərqli olaraq, üçüncü dünya müharibəsi fərqli ssenariyə əsasən hazırlanır.

Pandemiyanın hələ də davam etməsi, Covid-19-un ümumiyyətlə bir eksperement olması da bu ssenarinin bir hissəsidir. Bu fikirlər Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur. O, Helsinki yekun aktının, BMT Təhlükəsizlik Şurasının, İkinci Dünya Müharibəsindən sonra qurulan Yalta-Potstam sisteminin çat verdiyini, artıq dünyanın yeni mərhələ qarşısında olduğunu deyir.

O ki qaldı Ukrayna ilə Rusiya arasında ehtimal olunan müharibəyə, Politoloq bunun yalnız sözügedən bu iki dövlət arasında olan münasibətlərdən deyil, ilk növbədə ABŞ-Rusiya, NATO-Rusiya münasibətlərindən asılı olduğunu bildirir.

Rusiyanın tələblərinin ABŞ tərəfindən rədd edilməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Ehtimal olunan hərbi toqquşmanın episentri isə Ukrayna ərazisi ola bilər. Zaur Məmmədov mümkün əməliyyatların olacağı təqdirdə ABŞ və NATO-nun Ukraynaya aktiv hərbi-insani dəstək verməyəcəyini, amma bunun müqabilində Ukrayna ordusunu böyük həcmdə hərbi texniika ilə təmin edəcəyini düşünür.

Hər bir halda Rusiya ilə Ukrayna arasında vəziyyətin gərginləşməsi heç bir ölkənin marağına uyğun deyil. Əl əxsusda ki, Avropa İttifaqının və NATO-nun əsas dövlətləri olan Almaniya və Fransanın. Bu dövlətlər ABŞ, Polşa və Baltikyani ölkələrdən fərqli olaraq Rusiyaya qarşı daha mülayim siyasət yürüdürlər. Əgər bunun bir səbəbi həmin ölkələrin Rusiya iqtisadiyyatından-neft və qazından asılı olmasıdırsa, digər səbəb Almaniya və Fransanın Rusiya ilə tarixən normal münasibətlər qurmasıdır.

Fransa Prezidenti Emmanuel Makronun Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng etməsi və sülhün təmin edilməsi üçün “Normand formatı”nın bərpa edilməsini bildirməsi buna sübutdur. Diplomatik səylərin davam etməsi isə gələcəkdə eskalasiya riskini azaldan əsas amildir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən