Bakıda şagirdlər polis idarəsində (FOTO)

Bakıda şagirdlər polis idarəsində (FOTO)
Xətai RPİ-də məktəblilərə faydalı məlumat verilib

Xətai rayonundakı 263 nömrəli tam orta məktəbin şagirdləri Rayon Polis İdarəsində qonaq olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Real TV-yə verilən məlumata görə, “Polis uşaqların gözü ilə” mövzusunda keçirilən bu görüş Xətai RPİ-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Şagirdləri idarənin rəisi, polis polkovniki Muradəli Babayev idarənin həyətində qarşılayıb. Bir neçə dəqiqəlik səmimi söhbətdən sonra Polis İdarəsinin inzibati binası ilə tanışlıq keçirilib.

“Müvəqqəti Saxlama Yeri” barəsində məlumat veriləndə “Orada kimi və nə üçün saxlayırlar?” sualına rəisin cavabı belə olub: “Cinayətdə şübhəli bilinən şəxslər, müvəqqəti olaraq saxlanılırlar”.

Rəisin kabinetilə tanışlıq da maraqlı anlarla yadda qalıb. Görüş zamanı M.Babayev şagirdlərə polislərin qəhrəmanlıqlarından danışıb. O, vurğulayıb ki, müstəqilliyimizin ilk illərində Vətənin səsinə səs verənlərin içində yüzlərlə polis əməkdaşı olub. M.Babayev döyüşlərdə daxili işlər orqanlarının sıralarında 1695 şəhidin olduğunu, 1710 əməkdaşımızın yaralandığını, 67 nəfərin “Milli Qəhrəman” adına layiq görüldüyünü bildirib. 

Söhbət zamanı M.Babayev bu il 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Polisinin əsl örnək bir xidmət yolu keçdiyini diqqətə çatdırıb.
 
Məktəbin direktoru Nurqələm Bayramova DİN və RPİ rəhbərliyinə təşəkkürünü bildirib və belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. Sonda şagirdlərə polislərin hədiyyəsi-müxtəlif mövzulu kitablar təqdim olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə