Futbolumuzun ən böyük “zəifi” dünyasını dəyişdi (VİDEO)

Futbolumuzun ən böyük “zəifi” dünyasını dəyişdi (VİDEO)
Böyükağa Hacıyev məsləkdaşlarının yaddaşında peşəkar məşqçi, prinsipial insan kimi qalıb

Futbol ictimaiyyətimiz bu səhəri acı xəbərlə açdı. Azərbaycan futbolu üçün adı qədər böyük işlər görmüş Böyükağa Hacıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Məşqçi karyerasına “Qarabağ” klubunda başlamış “zəif” ləqəbli mütəxəssis, sonradan “Araz Naxçıvan” klubunda fəaliyyətini davam etdirmişdi.

Bir müddət ölkə xaricinə yollanan mütəxəssis İranda “Maşınsazi” klubunda çalışmışdı.

2004-2005-ci illərdə “Traktor Sazi”yə rəhbərlik etmiş Böyükağa Hacıyev, milli komandada Vaqif Sadıqovun köməkçisi vəzifəsində də işləmişdi.

Təcrübəli mütəxəssis 2006-cı ildə “Bakı” klubu ilə Azərbaycan çempionu adını qazanmış, daha sonra “Standart” klubunda fəaliyyətini davam etdirmişdi.

Məşqçi karyerası ərzində ən böyük uğurunu “Neftçi” ilə əldə etmişdi. 2011-2012-ci illər mövsümündə Flaqmanla çempionluq yaşamış Hacıyev komandanın sükanı arxasında Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Son zamanlar fəaliyyətini AFFA Məşqçilər Komitəsində davam etdirən Böyükağa Hacıyev məsləkdaşlarının yaddaşında peşəkar məşqçi, prinsipial insan kimi qalıb.

Hər zaman yerli məşqçilərin uğuruna sevinən Böyükağa Hacıyev bir cümləni daim təkrar edərdi. Qaranquşlar gəldi-gedərdi, bizə sərçələr qalacaq. Qazandığı uğurlara baxmayaraq məşqçi son günlərinə kimi yaşıl meydanda olmağı arzulayırdı.

Mehman Rəsulov
Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə