SOCAR: Dizellə bağlı yayılanlar şayiədir (VİDEO)

SOCAR: Dizellə bağlı yayılanlar şayiədir (VİDEO)
Gürcüstandakı şirkətin saxtakarlığı

Sosial şəbəkələrdə yayılan məlumatlara görə Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycanda istifadə edilən dizel yanacağının keyfiyyətinin yoxlanılması ilə bağlı laborator araşdırma aparılıb və dizel keyfiyyətinin dünyanın digər ölkələri ilə müqayisədə guya 20 dəfə aşağı olduğu aşkarlanıb və bu laboratoriya ilə əlaqədar Gürcüstanın tənzimləyici qurumuna sorğu verilib.

Məsələ ilə bağlı SOCAR şirkəti ilə əlaqə saxladıq. Qurum tərəfindən bu cür xəbərlərin həqiqətə uyğun olmadığı qeyd olundu.

Dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Azərbaycandakı nümayəndəliyi - “SGS-Azeri LTD” REAL TV-yə bildirdilər ki, sifarişlər əsasında yanacağın keyfiyyəti ilə bağlı müxtəlif yoxlamalar, analizlər aparılır. İndiyə qədər hər hansı problem aşkar edilməyib.

Qeyd edək ki, Azərbaycanda dizel yanacağı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir və ölkədə bu yanacağa tələbat yüksəkdir.

Bu ilin yanvar-noyabr aylarında ölkədə 1,766 mln. ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.

2018-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda 951,6 min ton dizel yanacağı istehlak edilib ki, bu da illik müqayisədə 1,5% artım deməkdir.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə