İşsizlikdən sığorta sahəsində yeniliklər - VİDEO

İşsizlikdən sığorta sahəsində yeniliklər - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanununu təsdiqləyib. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 451,4 min manat məbləğində təsdiq edilib. İşsizlikdən sığorta fondunun gələn il üzrə gəlirlərinin 83 421,4 min manatı işsizlikdən sığorta haqları, qalan hissəsi sair gəlirlər hesabına formalaşacaq. İşsizlikdən sığorta üzrə sığorta haqlarının 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlar, 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, 57 300,0 min manatı qeyri-büdcə sektoru üzrə nəzərdə tutulub.

“Real İntervyu” verilişində qonaq olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva 1 yanvar 2019-cu il tarixdə qüvvəyə minəcək yeni büdcə, işsizlikdən sığorta sahəsindəki yeniliklər barədə məlumat verib.
 

Digər xəbərlər
Bu gün
Dünən