Liverpulda sürücü avtomobili piyadaların üstünə sürüb, 2 nəfər yaralanıb

Liverpulda sürücü avtomobili piyadaların üstünə sürüb, 2 nəfər yaralanıb

Böyük Britaniyada sürücü avtomobili piyadaların üstünə sürüb.

Bu barədə "Report" "Liverpool Echo"ya istinadən xəbər verir.

Bildirilir ki, hadisə Liverpul şəhərində, yerli gecə klubunun yaxınlığında qeydə alınıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır vəziyyətdədir.

Yerli polisin məlumatına görə, hadisəni törətmiş 19 yaşlı sürücü saxlanılıb. 

Bir neçə gün əvvəl isə paytaxt Londonun şərq bölgəsində yerləşən bir tibb mərkəzində naməlum şəxs xəncərlə ətrafdakılara hücum edib. Nəticədə 3 nəfər xəsarət alıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə