Həbib Nurmaqomedov “Diriliş Ertuğrul” serialına çəkilib

Həbib Nurmaqomedov “Diriliş Ertuğrul” serialına çəkilib
O, serialın aktyorları ilə görüşüb

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurmaqomedov "Diriliş Ertuğrul" serialına çəkilib.

"Report"un məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən, Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.

"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Həbib Nurmaqomedov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə