Bakının mərkəzində məşhur hoteldə yanğın (FOTO)

Bakının mərkəzində məşhur hoteldə yanğın (FOTO)

"Hilton Baku" hotelində yanğın olub.

"Report"un məlumatına görə, hadisə hotelin mətbəxində qeydə alınıb. Yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hotelin mətbəxində tüstülənmə baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Dərhal hadisə yerində yanğınsöndürənlər cəlb edilib.

Yanğınsöndürənlər hadisə yerinə çatanadək hotelin işçiləri tərəfindən tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə