Epilepsiya xəstəsinin dərman problemi - VİDEO

Epilepsiya xəstəsinin dərman problemi - VİDEO
Aidiyyəti qurum təchizatla bağlı problemin həll edildiyini bildirdi

Hacıyevlər ailəsinin problemi övladları Şirinin müalicəsi üçün lazım olan dərmanları əldə edə bilməməsidir. Ağcabədi şəhər sakini 2006-ci il təvəllüdlü Şirin Hacıyev anadangəlmə xalq dilində qıcolma, ürəkgütmə kimi tanınan eplepsiya xəstəliyindən əziyyət çəkir. lazım olan dərmalar isə hər ay Ağcəbədi rayon Mərkəzi xəstəxanası tərəfindən təmin edilir. Bir müddətdir ki, Mərkəz tərəfindən təminatı həyata keçirilən 2 dərmandan birinin verilməsi isə problemə çevrilib. Təminatın gecikdirilməsi və ya dərmanın lazimi miqdardan az verilməsi səbəbi kimi isə təchizatın Səhiyyə Nazirliyi tərəfindən edilməməsi göstərilir. Müalicənin düzgün aparılmaması isə əlavə fəsadlara səbəb olur. Digər tərəfdən dərmanın satışıda olmaması da Haciyevlərin problemini birə beş artırılır.

Şirinin valideynləri bildirir ki,xəstəliyin müalicəsi zamanı yaş həddinə müvaffiq doza həddi müəyyənləşir. Lakin, övladının dərdinə əlac olan dərmanın lazımı dozada olmaması gərəkli təsir göstərmir. Müşkülə çevrilən doza həddi isə əlacsızlıqdan aşağı doza ilə əvəzlənir

Məsələ ilə bağlı öncə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq . Nazirlikdən bildirildi ki, Dövlət tərəfindən dərman vasitələri ilə təminat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirirlir.

Daha sonra adıgedən agentliyə sorğu yönləndirdik. Araşdırma aparıldıqdan sonra Agentliyin Marketinq və İctimaiətlə əlaqələr departamentindən bildirildi ki, ailə ilə əlaqə saxlanılıb, xəstəxanaya yaxınlaşaraq dərmanları əldə etmələri deyilib. Habelə bildirildi ki, dərmanların hər ay müntəzəm verilməsində bundan sonra heç bir problem yaşanmayacaq. Təchizatda yaranan problemin səbəbi kimi isə dərman istehsalçısı ilə əlaqəli olduğu deyildi.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxladıq. Oradanda bildirildi ki, təminatla bağlı yaranan problem artıq aradan qaldırılıb.

Ən qədim xəstəliklərdən sayılan eplepsiyanın insan yaradılışı ilə birgə yarandığı söylənilir. Mənası “yıxılıram “, “ tuturam ” olan xəstəlik Napoleon Bonapart, Yuli Sezar, Dostoevski, Alfred Nobel kimi böyük tarixi şəxsiyyətlərdən də yan ötməyib. Şirin Hacıyevə dahilərin də ömür kitabına qeyd edilən bu xəstəliklə mübarizədə qalib gəlməyi, həyata daha möhkəm tutunmağı arzu edirik. Deyirlər övlad düşmən qapısı döydürər. Hacıyevlər ailəsinin döydüyü qapı isə dost qapısı oldu. Şirinin səhhəti üçün vacib olan acı dərmanlara görə döyülən qapımız isə xeyirə açıldı. Qapımız üzünüzə hər zaman xeyirə açılsın.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər