Yaxşıların babatı - VİDEO

Yaxşıların babatı - VİDEO

O, özünü həmişə yaxşılarn babatı sayıb. Əlbəttə təvazökarlıq edir.. Şair Musa Yaqub yaxşıların elə ən yaxşısıdır. Və bu gün bu yaxşı şairin səhhəti müzakirə mövzusudur. Bayram günlərində xəbər yayıldı ki, şair doğulduğu İsmayıllının Buynuz kəndindən Bakıya gətirilib.

Şairin qızı Yaqut Yaqubova isə REAL-a açıqlamasında atasının hələ də kənddə müalicəsini davam etdirdiyini bildirib. 

Xatırladaq ki, şair Musa Yaqub 15 ildən artıqdır ki, parkinson xəstəliyindən əziyyət çəkir. Amma son bir ildə vəziyyəti ağırlaşıb. Parkinson neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Ən çox bilinən əlaməti hərəkət pozulmasıdır. Ayaqları sürüyərək və qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə xəstələyin vacib əlamətlərindəndir. Təhlükəli xəstəliklər qrupuna aid olan Parkinson ən təhlükəsiz insanları – mənəviyyat adamalrını, şairləri də hədəf seçir. Elə xalq çairi Məmməd Araz da uzun illər bu xəstəlikdən əziyyət çəkib.

Musa Yaqub, gözü yolda Təbrizin
Gözlərinin qara yaşı göyərdi. Göyərmədi istədiyi bircə dən
Savalanaın qara daşı göyərdi 
Yazan şairə Allah rəhmət, onunla eyni sənəti və xəstəliyi bölüşən Musa Yaquba isə şəfa versin. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə