Nazir: “Ordumuz öz yüzilliyinə yüksək göstəricilərlə gəldi”

Nazir: “Ordumuz öz yüzilliyinə yüksək göstəricilərlə gəldi”

"Ali Baş Komandan tərəfindən ordu qarşısında duran vəzifələr 100 faiz həll olunub".

Bunu Müdafiə Naziri Zakir Həsənov REAL-a müsahibəsində bildirib.

"Ali baş komandanın əsas tələbi ordunun yüksək döyüş hazırlığı, yüksək döyüş xidməti və əsgərlərin təminatıdır".

"Tam məsuliyyətlə deyirəm Azərbaycan əsgəri Ali Baş Komandanın qayğısı və Azərbaycan xalqının diqqəti sayəsində yüksək səviyyədə təmin olunub. Bizim əsgərin təminatını dünya orduları sırasında ən aparıcı orduların təminatı ilə müqaisə etmək olar. Bunu Azərbaycan xalqı özü görür. Ali Baş Komandanın müdrik qərarı ilə orduda təminat məsələrinə mülki şəxslər baxır. 20 minə yaxın mülki şəxslər təsərrüfat işləri ilə məşğul olur. Ali Baş Komandanın göstərişi ilə əsgərləri bütün təəsərrüfat işlərindən ayırmışıq", - deyə müdafiə naziri Zakir Həsənov bildirib.

Müdafiə naziri qeyd edib ki, Azərbaycan ordusu öz yüzilliyinə yüksək göstəricilərlə gəldi: "Bu 2016-cı ildə Azərbaycan ordusunun yüksək səviyyədə həyata keçirdiyi əməliyyat və 2018-ci ildə Günnüt əməliyyatıdır. Prezident İlham Əliyev Azərbaycan ordusunun fəaliyyətinə yüksək qiymət verdi. Cənab prezident qeyd etdi ki, bu Azərbaycan ordusunun döyüş hazırlığının göstəricisidir. Bu tarixi qələbədir və tarixə yazılmalıdır. Prezidentdən belə yüksək qiymət təbii ki, hər bir hərbçinin, əsgərin, zabitin, generalın ruh yüksəkliyinə dəstək verdi". 

Digər xəbərlər
Bu gün
Dünən