Ağcabədidə bayram yarmarkası təşkil edilib (FOTO)

Ağcabədidə bayram yarmarkası təşkil edilib (FOTO)
Bayram yarmarkasında qiymətlər bazardakından 15-30 faiz ucuzdur

Novruz bayramı ilə əlaqədar Ağcabədi rayonunda ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.

Real TV AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin mərkəzi stadionunda keçirilən yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb. Məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub.

Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədilə təşkil olunan yarmarkada rayonun fermer və sahibkarları tərəfindən məhsullar gətirilib. Gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri bazar qiymətindən orta hesabla 15-30 faiz ucuz satılıb. Yarmarkaya 8400 kiloqram ət, 25 ton un, 32 min ədəd yumurta, 20 ton taxıl məhsulları çıxarılıb. Un (50 kq) 20 manata, mal əti 6 manata, qoyun əti 8 manata, taxıl 20 qəpiyə, yumurta 10 qəpiyə təklif olunub. Meyvə-tərəvəz, “Atena” MMC və “Səba” ASC tərəfindən çıxarılan kərə yağı, toyuq və digər süd məhsulları 20 faiz ucuz olmaqla satılıb.

Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə