Vətəndaşın təqaüd problemi - VİDEO

Vətəndaşın təqaüd problemi - VİDEO
Aleksandr Abramov yenidən müayinə olunmalıdır

54 yaşlı Aleksandr Abramov uzun illərdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar 2014-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəyi ilə ona kəskin asteno-nevrotik sindrom, hipertoniya xəstəliyi - II mərhələ diaqnozu qoyulub. 7 ildir ki, o epilepsiya xəstəsi kimi təqaüd alıraq dolanırdı. İndi isə 7 aydır ki, Aleksandra təqaüd ödənilməsi dayandırılıb.

Aleksandr Abramov sabiq polis işçisi olub. 1991-ci ildən 1995-ci ilə kimi Daxili işlər orqanlarında xidməti zamanı könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə, Goranboy, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının erməni silahlı quldurlarından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Aleksandr Abramov problemi ilə bağlı Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etdik.

Təqaüdlə bağlı suallarımıza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov münasibət bildirdi.

Aleksandr Abramova evdə səyyar xidmət də göstərilə bilər. Bununla bağlı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunukasiya departamentinin direktoru Şahin Əliyev suallarımıza cavab olaraq bildirib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər