Tibbi maska zavodları yenilənəcək - VİDEO

Tibbi maska zavodları yenilənəcək - VİDEO
6 xətti olan zavodun 4 xəttinin bağlanması gözlənilir

Azərbaycanda koronovirusla mübarizəyə qoşulan və təxirəsalınmaz tədbirlər görən ilk ölkələrdəndir. Mübarizə çərçivəsində qısa zamanda maska istehsal edən müəəssisələr, modul tipli xəstəxanalar yaradıldı. Qısa zamanda 2 tibbi maska istehsal edən zavodun açılması isə pandemiyanın tüğyan etdyi vaxtda maska qıtlığı problemini aradan qaldırdı. Koronovirusla mübarizədə görülən tədbirlər nəticəsində Azərbaycan karantin rejimində yumalmalara gedən ilk ölkələrdən oldu. Mayın 1-dən isə ölkədə maska tələbi ləğv edilir. Nazirlər Kabineti Qərarı ilə xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi aradan qaldırılır. Bəs, sırf koronovirusla mübarizə məqsədilə yaradılan tibbi maska bu müəssisələrinin aqibəti necə olacaq? Bakı Tekstil fabrikinin rəhbəri Səkinə Babayeva bildirdi ki, ölkədə bu günə qədər ümumilikdə 72 milyon maska istehsal edilib. Hazırda 5 milyon maska qalığı, 10 milyonluq xam material var. Yaxın müddətdə müəssisənin fəaliyyət istiqaməti yenilənmələr olacaq. Hazırda Zavodun 6 xətti var və hər xətt 100 min maska istehsal edir. Ümumilikdə zavod gündəlik 600 min maska buraxır. Müəssisənin yeni proektlərə yönəldilməsi gözlənilir. 75 əməkdaşı olan maska zavodunun işçilərinin sahələrinin dəyidirilməsi istiqamətində proqram hazırlanır.

Qeyd edəK ki, maska müəssisələri yerli tələbatı ödəməklə yanaşı maska maska qıtlığı yaşayan bir çox ölkələrə böyük fayda verib, onlara dəstək məqsədilə göndərilib.

Pandemiya zamanı böyük bir sosial layihəyə çevrilən müəssisənin yaradılması həm də böyük zəhmət və maliyyə yatırımı hesabına başa gəlib.

Koronovirus pandemiyası zamanı həyati əhəmiyyət daşıyan və ölümcül xəstəlikdən qorunmağın ilk və vacib şərti olan maskalar strateji məhsul hesab olunur. Uzun müddətdir ayrılmaz bir parçamıza çevrilən bu maskalardan ayrılsaq da özümüzü müxtəlif viruslardan qorumaq, həm də gigiyena üçün onlara hər zaman ehtiyac və təlabat var var.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər