Ədliyyə Nazirliyi təşkilatları Qarabağın bərpasına dəstək olmağa çağırıb - VİDEO

Ədliyyə Nazirliyi təşkilatları Qarabağın bərpasına dəstək olmağa çağırıb - VİDEO
Beynəlxalq təşkilatlara müraciət

Ədliyyə nazirliyi tərəfdaşlıq etdiyi və birgə layihələr həyata keçirdiyi beynəlxalq təşkilatlara qarabağın bərpasına dəstək göstərilməsi ilə bağlı müraciətlər ünvanlayıb.

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova azərtaca müsahibəsində qeyd edib ki, müraciətlər UNICEF, Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qlobal Fond, eləcə də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (IRZ) və digər təşkilatlara göndərilib.

Beynəlxalq institular post-münaqişə dövrünü yaşayan Azərbaycana biganə qalmamağa, ölkəmizə hər cür kömək göstərməyə, o cümlədən minatəmizləmə prosesinə mütəxəssislərin cəlb olunmasına çağırılıb.

Nazirlik rəsmisi bildirib ki, ədliyyə nazirliyi Vətən müharibəsi və postmünaqişə dövründə xarici ölkələrin ədliyyə nazirlərinə və nüfuzlu beynəlxalq təşkilatlarına ümumilikdə 500-ə yaxın müraciət ünvanlanlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Qarabağda və Şərqi Zəngəzurda görüləcək işlərin mərkəzləşdirilmiş qaydada aparılması, bərpa işlərinə ciddi mane olan ərazilərin minalardan təmizlənməsi və bu prosesə beynəlxalq təşkilatların cəlb olunması ilə bağlı tapşırıqlar verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər