Qubada qəhrəman əsgərlə görüş - VİDEO

Qubada qəhrəman əsgərlə görüş - VİDEO
Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən Mərdəli Aşurovla görüş keçirilib

Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndi ərazisində 20 nəfərin həyatını xilas edən əsgər Mərdəli Aşurovla Qubada görüş keçirildi.

Rayon rəhbərliyi və ictimaiyət nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olundu ki, bir qrup Kəlbəcər sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb. 20 nəfərlik heyəti daşıyan avtobus yolunun üzərindəki minanı qəhrəman minaaxtaran əsgər Mərdəli Fərhad oğlu Aşurov aşkarlayıb. Məhz onun sayıqlığı nəticəsində 20 nəfər soydaşımızın həyatı xilas olunub.

Qəhrəman əsgər isə hadisəni bu cür xatırlayır.

2003-cü il təvəllüdlü Mərdəli Aşurov Qubanın Qımıl kəndində dünyaya gəlib. O, 2021-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Qəhrəman əsgərin valideynləri bildirir ki, Mərdəlinin hələ uşaq yaşlarından hərbiyə böyük marağı olub.

Tədbirdə çıxış edənlər həmçinin qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman hərbiçilərimizin sayəsində əzəli torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da tarixi ədalət bərpa olundu. Hazırda Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, ora qayıdan insanları da mina təhlükəsindən xilas edir. Onu da bildirək ki, Mərdəli Aşurov nümunəvi xidmətinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub və məzuniyyətə göndərilib. Tədbir zamanı isə gənc qəhrəmana Quba rayon icra hakimiyyəti tərəfindən fərxi fərman və qiymətli hədiyələr təqdim edildi

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər