Sülh prosesinə hazırlıq - VİDEO

Sülh prosesinə hazırlıq - VİDEO
Bakı-İrəvan formatı üzrə tezliklə danışıqlar başlaya bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə telefon danışığının baş tutması sülhə doğru atılan addımı sürətləndirir.

Tərəflər birgə Sərhəd Komissiyasının yaradılması ilə bağlı verilən vaxta bir neçə gün qalıb. XİN başçılarının danışıqlarının intensivləşməsi fonunda sülh müqaviləsinin işlənib hazırlanması, birgə işçi qrupunun görüşlərinin təşkil olunması onu deməyə əsas verir ki, artıq Bakı-İrəvan formatı yaranmağa başlayır.

Sülh müqaviləsinin Azərbaycanın irəli sürdüyü 5 təklif əsasında reallaşması ölkəmizin gücünü ortaya qoyur. Aİ da Azərbaycanla Ermənistan arasında birbaşa təmasları və əlaqəni dəstəkləyir. Tərəflər arasında danışıqları nəzərdə tutan yeni mexanizm və formatın yaranması ilk növbədə münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq. Məqsəd də elə budur. Sülhə və sabitliyə nail olmaq, bölgədə təhlüksizliyi təmin etmək... İndi əsas məsələ bu razılaşmanın kağız üzərində qalmasına, xüsusilə Ermənistanın sülhə kölgə salmasına imkan verməməkdir.

Amma təəssüf ki, aprelin 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu Azərbaycanın dövlət sərhədini keçməyə cəhd göstərməklə birgə komissiyaların yaradılması və işlərin aparılmasına qarşı təxribat törətməyə çalışdı. Nəticədə Ermənistanın təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər