"True Colors Festival"a hazırlıq - VİDEO

Azərbaycan – Yaponiya nümayəndə heyətləri görüşdü

24-25 iyun tarixlərində Bakıda keçiriləcək "True Colors Festival"a hazırlıqlarla əlaqədar Azərbaycan Milli Abilimpiya Federasiyası və Yaponiyanın Nippon Fondu arasında görüş baş tutdu. Görüşdə əlilliyi olan şəxslər üçün festivalda təşkil olunacaq tədbirlər, festival iştirakçıları üçün yaradılacaq şərait, tədbir proqramı çərçivəsində keçiriləcək konset proqramları haqqında fikir mübadiləsi aparıldı. Tədbir haqqında danışan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov festivalın yüksək səviyyədə keçirilməsi üçün dövlət rəhbərliyi tərəfindən xüsusi tapşırıqlar verildiyini dedi.

Festivalda Azərbaycan və Yaponiyadan olan fiziki məhdudiyyətli şəxslərin iştirakı ilə konsert, rəqs, teatr tamaşaları nümayiş olunacağını bildirən Yaponiyanın Nippon Fondunun nümayəndəsi təşkilatçılıq üçün Azərbaycan tərəfinə təşəkkürünü bildirdi. Görüş qarşılıqlı müzakirə formatında davam etdi.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər